Monday 19 May 2025

14 August 2023

Bakı İslam Universitetində Dini-Psixoloji Komissiya yaradılıb

Bakı İslam Universitetində Dini-Psixoloji Komissiya yaradılıb


Dövlət İmtahan Mərkəzinin (DİM) əmrinə əsasən 2017/2018-ci tədris ili üçün Bakı İslam Universitetində təhsil almaq istəyən abituriyentlərin seçilməsi məqsədilə ali təhsil müəssisəsində Dini-Psixoloji Komissiya yaradılıb.

Bu haqda salamnews saytlna universitetin kafedra müdiri Elvin Talışınski məlumat verib.

Onun sözlərinə görə, bu məqsədlə 2017-ci ilin 30 aprel və 14 iyul tarixlərində III ixtisas qrupu üzrə imtahan verən və 100-dən artıq bal toplayan abituriyentlər Dini-Psixoloji Komissiyadan keçməlidirlər.

Dini-Psixoloji Komissiya iyul ayının 17, 18, 19, 20 və 21-də saat 10:00-dan 13:00-dək fəaliyyət göstərəcəkdir.