Monday 19 May 2025

14 August 2023

Əsgəreyn İmamlarının (ə) hərəminin qübbəsinin qızıla bürünməsi işlərinin 80%-i tamamlanıb

Əsgəreyn İmamlarının (ə) hərəminin qübbəsinin qızıla bürünməsi işlərinin 80%-i tamamlanıb


İraqın Samirra şəhərində Əhli-Beytin (ə) 10-cu imamı Həzrəti Əliyyən Nəqi (ə) və 11-ci imamı Həzrəti Həsən Əsgərinin (ə) mütəhhər hərəmlərində yenidənqurma və təmir işləri davam etdirilir.

 

Deyerler.org askarian-a istinadən xəbər verir ki, Əsgəreyn İmamlarının (ə) hərəminin qübbəsinin qızıla bürünməsi işlərinin artıq 80%-i yerinə yetirilib. Bundan başqa, güzgülü rəngli şüşələrlə tavanın mozayka naxışları ilə örtmək üçün daxili dekorasiya işləri də davam etdirilir.

 

Mütəhhər hərəmin qızılı yeni çılçırağı da yerinə bərkidilib.

 

Qeyd edək ki, Əsgəreyn imamlarının (ə) mübarək hərəmi təxminən 12 il əvvəl təkfirçi terrorçular tərəfindən partladılmışdır. Həmin vaxtdan etibarən İmam Əliyyən Nəqi (ə) və İmam Həsən Əsgəri (ə), İmam Hadinin (ə) qızı Həkimə Xatun (s.ə) və İmam Mehdinin (ə.f) anası Həzrət Nərgizin (s.ə) məzarları xüsusi zərihlə əhatə olunub.