Monday 19 May 2025

14 August 2023

İslam dini Puerto Rikoda

İslam dini Puerto Rikoda


Puerto Rikoya 1958-ci ildən etibarən müsəlmanların kütləvi axını ilə İslam dini burada genişlənməyə başlamışdır. Bura ilk dəfə üz tutan fələstinli ailələr sionist İsrail rejiminin təcavüzkarlığından qaçaraq, gəlmişdirlər. Daha sonra adada puerto-rikolularla yanaşı, pakistanlı və misirli müsəlman ailələrin də sayı artmağa başlayıb.

 

Deyerler.org İQNA-ya istinadən xəbər verir ki, Puerto Rikoya İslamın gəlişi ispanların 1493-cü ildə adanı işğal etməsilə ərəb və afrikalı qulların gətirilməsilə baş verdiyi bildirilir. O dövrdə adaya gətirilən ərəb və afrikalı qullar kakao, kofe və şəkər istehsalında, eləcə də ev işlərində işlədilirdi.

 

Puerto-Rikoda müsəlmanların sonuncu qeydiyyata alınması 2007-ci ilə təsadüf edir və adada 5000 müsəlmanın yaşadığı bildirilir. Bu ümumi əhalinin 0.10%-i deməkdir. Bu artan templə 2020-ci ildə adadakı müsəlman əhalinin sayının 5300-ə (0.14%), 2050-də 6200-ə (0.17%) 2100-də 6700-ə (0.22%) yüksələcəyi gözlənilir.

 

Hazırda adada 9 məscid müsəlmanların ixtiyarındadır. Bunlar arasında ən fəalları Montexidra və Veqa-Altra məscidləridir. Adada ilk məscid 1981-ci ildə Rio-Pedrasda açılıb. Bu məsciddə eyni anda 200 kişi və 40 qadın namaz qıla bilir.