Monday 19 May 2025

14 August 2023

Hacı Cavad məscidinin yeni binasına dair tapşırıq verilib

Hacı Cavad məscidinin yeni binasına dair tapşırıq verilib


Nazirlər Kabinetinin bu gün keçirilən iclasında dövlət başçısı Bakıda yol-nəqliyyat infrastrukturunun qurulması ilə bağlı işlərin davam etdirildiyini deyib.

Reportun iməlumatına görə, o, "Sovetski" adlanan ərazidə yeni parkların salınacağını, abadlıq işlərinin görüləcəyini bildirib.

Dövlət başçısı "Hacı Cavad" məscidinin yeni binasının tikintisinin sürətlə aparılması ilə bağlı tapşırıqlarını verib.

Qeyd edək ki, dövlət başçısının göstərişi əsasında Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad məscidi üçün həmin rayonda yeni bina tikilir.