Monday 19 May 2025

14 August 2023

8 britaniyalı müsəlman velosipedlə həccə gedir

8 britaniyalı müsəlman velosipedlə həccə gedir


8 britaniyalı müsəlman həcc ziyarətinə velosipedlə yola düşəcəklər.

 

İslam saytına istinadən dəyərlər saytı xəbər verir ki, 8 britaniyalı müsəlman Səudiyyə Ərəbistanına səfər vaxtı yolda suriyalı qaçqınlara yardım üçün, təxminən 1 milyon funt sterlinq toplamağı planlaşdırırlar.

 

"Son illər biz həccin əsl mahiyyətini unutmağa başlamışıq. Dindarlar yarım ildir bu səyahət üçün hazırlaşırlar.

 

Bəziləri iki ildir ki evlərində az-az olurlar. Bu, mənəvi səyahətdir. Bu həm də bizim üçün çox müxtəlif insanları görmək şansıdır. Biz bu barədə onlarla danışacayıq ki, niyə bunu edirik", - deyə zəvvarlardan biri bildirib.

 

Müsəlmanlar səfərlərinə başlayıb Fransaya keçəcəklər, daha sonra isə onlar İsveçrə, Almaniya, Avstriya, Lixtenşteyn və İtaliyaya qədər gedəcəklər. Venesiyadan qrup bərə ilə Yunanıstana gedəcək, İsgəndəriyyə qədər təyyarə ilə gedəcəklər. Sonra Misir Xurqadı məntəqəsinə gələn zəvvarlar buradan Məkkəyə qədər bərəylə gedəcəklər.