Hindistanın müxtəlif şəhərlərində minlərlə hindlinin iştirakı ilə bu ölkədəki müsəlmanlara qarşı zorakılıqlara etiraz əlaməti olaraq aksiya keçirilib.
“Islamic News” saytına istinadən maidə saytının verdiyi məlumatına görə, etiraz aksiya iştirakçıları hökumətin müsəmlanların qətliamını sükutla qarşılamasını və müsəlman kişi və qadınların öldürülməsinə göz yummasını tənqid edib.
Etiraz aksiyaları Mumbai, Yeni Dehli və digər bir neçə şəhərdə keçirilib. Yeni Dehli şəhərində keçirilən aksiyada yaşlı qadın və kişilər öz övladları ilə birlikdə şeir oxuyub və şam yandırıb.
Mumbaidə keçirilən aksiya zamanı güclü yağış yağsa da, insanlar müsəlmanlara qarşı zorakılıqları pisləyərək hökumətin susqunluğuna öz etirazlarını bildirib.
Qeyd edək ki, ötən həftəinin cümə günü Yeni Dehli şəhəri yaxınlığında 20 kişi 4 müsəlman kişiyə hücum edib. Onlar bir yeniyetmə müsəlman uşağı bıçaqla öldürüb, 2 nəfəri yaralayıb. Hücum edənlər digər bir müsəlman kişini döyüb və evini yandırıb.
İfratçı buddist hindlilər Narendra Modinin başçılıq etdiyi Hindistan sağ millətçi partiya iş başına gəldikdən sonra hindular üçün müqəddəs olan inəyin kəsilməsini müsəlmanların halal bilməsini bəhanə edərək müsəlmanlara qarşı hücumları artırıb. Hindistan hökumət qurumları isə bu cinayətlərə göz yumur.
Hindistanda 172 milyon nəfərə müsəlman yaşayır.