14 August 2023

Türkiyədə 128 mindən çox Quran hafizi var

Türkiyədə 128 mindən çox Quran hafizi var


Bunu Diyanət İşləri Təşkilatının Təhsil Xidmətləri üzrə idarənin rəhbəri Bünyamin Albayrak deyib. 

 

Türkiyə KİV-lərinə istinadən maidə saytı xəbər verir ki, B.Albayrak deyib ki, ölkədə 1976-cı ildən indiyədək 128 min 440 nəfər Quran hafizi rəsmi qeydiyyata alınıb. 

 

Onun sözlərinə görə, hazırda 70 mindən çox tələbə Quran əzbərləmə kurslarında dərs oxuyur və onlara 5 mindən çox müəllim dərs deyir.  

 

B. Albayrak deyib ki, ötən il Quranı əzbərləyən 6500 şagirdə sertifikat verilib. Bu rəqəm 2015-ci ildə 6 min və 2014-cü ildə 5500 nəfər olub.

 

Onun sözlərinə görə, 3 milyondan çox uşaq üçün dini maarifləndirmə dərsləri təşkil oluub və yay aylarında məktəbli uşaqların Quran əzbərləməsi üçün Quran təlimi kursu təşkil olunur.