Monday 19 May 2025

14 August 2023

Avstraliya və Yeni Zelandiyanın İraqdakı səfirləri İmam Əlinin (ə) hərəmini ziyarət etdi

Avstraliya və Yeni Zelandiyanın İraqdakı səfirləri İmam Əlinin (ə) hərəmini ziyarət etdi


Avstraliya və Yeni Zelandiyanın İraqdakı səfirləri Nəcəfül Əşrəfdəki İmam Əlinin (ə) pak hərəmini ziyarət ediblər.

 

İmamali saytına istinadən dəyərlər saytı xəbər verir ki, Avstraliyanın səfiri Kristofer Uotkins və Yeni Zelaniyanın səfiri Ceyms Monronun İmam Əlinin (ə) hərəminə ziyarəti vaxtı hərəmin ictimaiyyətlə əlaqələr departamentinin rəsmiləri onları müşayiət edib.

 

Diplomatlara İmam Əlinin (ə) hərəminin tarixi və arxeoloji xüsusiyyətlərindən danışılıb və hərəmdəki yenidənqurma və genişləndirmə işləri barədə məlumatlar verilib.

 

Yeni Zelaniyanın səfiri Ceyms Monro Nəcəfül Əşrəf şəhərində və müqəddəs ziyarətgahda birinci dəfədir olduğunu qeyd edərək, burada olmaqdan heyrətləndiyini gizlətməyib.

 

Avstraliyanın səfiri Kristofer Uotkins də mütəhhər hərəmdə ilk dəfədir olduğunu qeyd edərək, buradakı səmimi qarşılama və səxavətli qonaqpərvərliklərə görə, minnətdarlığını bildirib.