Monday 19 May 2025

14 August 2023

Dil və eşitmə qüsuru olan əlillər üçün ilk islami lüğət hazırlanıb

Dil və eşitmə qüsuru olan əlillər üçün ilk islami lüğət hazırlanıb


İmam Hüseynin (ə) hərəminin dəstəyi ilə dil və eşitmə qüsuru olan əlillər üçün ilk islami lüğət hazırlanıb. 

 

Lüğət dil və eşitmə qüsuru olan əlillər üçün işarə dilində və iraqlı mütəxəssislər tərəfindən hazırlanıb. Bu haqda maidə saytı yazıb.

 

Lüğətdə müxtəlif müsəlman ölkələrində bir müsəlmanın gündəlik danışığı zamanı birbaşa və ya dolayısı ilə istifadə etdiyi islami sözlər yer alıb. 

 

Lüğətdə Quran, hədislər, dualar və Əhli-beytin (ə) sirə və bəyanatlarında istifadə etdiyi dini terminlər də yer alıb.

 

Ötən gün işarə dili ilə hazırlanmış lüğətin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində İmam Hüseynin (ə) hərəminin məsul işçiləri və digər iraqlı rəsmilər iştirak edib.