Bruney İslam Mərkəzi ölkədə təqribən 198 vətəndaşın son 5 ay ərzində İslam dinini qəbul etdiyini bildirib.
Borneobulletin-ə istinadən dəyərlər saytı xəbər verir ki, qurum 2017-ci ilin yanvar ayından may ayına qədər olan statistik hesabatında, Tutenq bölgəsində 63, Belait bölgəsində 36, Temburunek bölgəsində 8 nəfərin İslam dinini qəbul etdiyini açıqlayıb.
Keçən ildə bu dörd bölgədə, təxminən 231 nəfər müsəlman olmuşdu.
Bruney İslam Mərkəzində yeni müsəlmanların İslam dini ilə bağlı biliklərini artırmaq və doğru yola istiqamətləndirmək üçün İslami həyat tərzi təlim kurs və proqramlarını təşkil edir.
Yeni müsəlmanlar 10 günlük kursla namaz qılmağı, Quran oxumağı və dini təlimləri öyrənirlər.