Avropa müsəlmanlarının bir qrup lideri bu qitədə terror hücumları ilə mübarizə aparmaq üçün terrorizmə qarşı bir yürüş təşkil ediblər.
Euronews-a istinadən dəyərlər saytı xəbər verir ki, müsəlman liderlərini daşıyan avtobus altıncı gündür yoldadır. Son illərdə terror hücumlarına şahid olan Avropa şəhərlərinə bir-bir səfər edir.
İyulun 8-də Parisi tərk etdikdən sonra, bazar günü Berlinə çatan və daha sonra Brüsselə gələn 60-dan artıq ruhani, buradan London, Tuluza, Nitsa və Parisə gedəcəklər.
Terrorizmə qarşı müsəlmanların yürüşü kimi tanınan aksiyanın təşkilatçıları İslam dinini müdafiə etmək üçün daha çox səyin lazım olduğuna inanırlar. İslamın sülh dini olduğunu demək və bu mesajı yaymaq üçün daha çox səy göstərmək lazımdır.
Müsəlman liderlər hər bir şəhərdə terror hadisəsinin reallaşdığı yerə doğru yürüş keçirərək, hər cür terror hücumunu pisləyir və qurbanlar üçün dua edirlər.
Terrorizmə qarşı müsəlmanların yürüşü Fransanın müstəqillik gününə təsadüf edərək, 14 iyulda Parisdə başa çatdırılacaq. Yürüş Yəhudi, katolik, protestant və pravoslav rəsmilərinin onlara qoşulması ilə yekunlaşacaq.