Omanın Dini İşlər və Vəqflər Nazirliyinin hesabatına görə, aprel, may və iyun aylarında bu ölkədə yaşayan təxminən 158 əcnəbi İslam dinini qəbul edib.
Times of Oman saytına istinadən dəyərlər saytı xəbər verir ki, nazirlik İslam dinini qəbul edən əcnəbilərin əksəriyətinin qadınlar olduğunu və İslam dinini seçən bu insanların Uqanda, Filippin, Şri-Lanka və Hindistan kimi müxtəlif ölkələrin vətəndaşları olduğunu vurğulayıb.
Bu yeni müsəlmanların İslam dininə üz tutmalarının səbəbi İslam dini təlimlərinin onların problemləri və mənəvi narahatlıqlarına cavab verməsidir.
Yenicə müsəlman olan filippinli qadın Cubeli Altu "The Times of Oman" informasiya agentliyinə verdiyi müsahibəsində belə qeyd edib: "İki il yarım əvvəl Omana gəldim və bir çox problemim var idi. İki ay əvvəl İslam haqqında araşdırma aparmağa qərar verdim. İslam dini məndə müsbət hisslər oyatdı və Quran oxumaq Allaha könüldən iman etməyimə səbəb oldu. Müsəlman olduqdan sonra problemlərimdən xilas olaraq, yüngüllük hiss etdim və bu qəribə bir hisdir".