Monday 19 May 2025

14 August 2023

İmam Rzanın (ə) hərəmində ahıllar üçün “Ey zəiflərin köməyi” tədbiri keçirildi

İmam Rzanın (ə) hərəmində ahıllar üçün “Ey zəiflərin köməyi” tədbiri keçirildi


 

Məşhəd şəhərindəki İmam Rzanın (ə) mütəhhər hərəmində yaşlı və ahıl insanların iştirakı ilə "Ya Muinəz Zuəfa" (Ey zəiflərin köməyi) proqramı həyata keçirilib.

 

Astan News-a istinadən dəyərlər saytı xəbər verir ki, İmam Rzanın (ə) xidmətçiləri "Ya Muinəz Zuəfa" proqramı çərçivəsində yüzlərlə yaşlı zəvvarı İmam Rzanın (ə) qəbrinin olduğu zərihə yaxınlaşmasına kömək ediblər.

Ərbəin ziyarəti üçün Kərbəlada Təlli Zeynəbiyyə və Xeyməgah məntəqələri genişləndirilir

İmam Hüseynin (ə) mütəhhər hərəmi Ərbəin zəvvarlarına daha yaxşı xidmət göstərilməsi məqsədilə Kərbəladakı Təlli Zeynəbiyyə və Xeyməgah məntəqələrinin genişləndirilməsi işlərinə davam edir.

 

İmamhussain saytı xəbər verir ki, bu layihə Ərbəin ziyarəti vaxtı milyonlarla zəvvarın rahat ziyarəti üçün həyata keçirilir. Hazırkı mərhələdə yeraltı su maneələrinin aradan qaldırılması üçün 60% işlər həyata keçirilib. Tunel inşaatı işlərinin 20%-i də başa çatdırılıb. Xəbəri dəyərlər saytı yayıb.