İmam Hüseynin (ə) pak hərəminin mühəndis-texniki idarəsi yetim uşaqlar üçün "Müslimin balaları" internat məktəbinin inşası işlərinin davam etdiyini qeyd edib.
İmamhussain saytına istinadən dəyərlər saytı xəbər verir ki, Kərbəla şəhərinin mərkəzində inşa olunan internat məktəb 1250 kvadratmetrlik ərazisi ilə İraqın ən böyük məktəbi sayılır.
Yetim və kimsəsiz uşaqlar üçün inşa olunacaq məktəbdə böyük və geniş sinif otaqları, məscid və yataq otaqları olacaq.