İraqın Kərbəla şəhərindəki İmam Hüseynin (ə) və Həzrət Əbülfəzl Abbasın (ə) pak hərəmlərində Məsum imamların (ə) Bəqi qəbristanlığındakı mütəhhər hərəmlərinin dağıdılmasının 94-cü il dönümü münasibətilə matəm məclisləri keçirilib.
Al-Kafeel saytına istinadən maidə saytı xəbər verir ki, yüzlərlə Əhli-Beyt (ə) xidmətçisi və zəvvar Kərbəladakı pak hərəmlərə gələrək, Əhli-Beytin (ə) matəminə şərik olduqlarını bəyan ediblər. Mərasimdə Bəqi faciəsi qınanılıb, Əhli-Beytin (ə) haqqında əzadarlıq edilib və göz yaşları axıdılıb.