Monday 19 May 2025

14 August 2023

Amerikada "İslamı mənbədən öyrənin" aksiyası keçirilir

Amerikada "İslamı mənbədən öyrənin" aksiyası keçirilir


Amerikalı müsəlmanlar Çikaqoda islamofobiya ilə mübarizə aparmaq üçün 8 həftəlik daha bir möhtəşəm aksiyaya start veriblər.

 

Aboutislam-a istinadən xəbər verilir ki, Gain Peace Project-in direktoru belə bir açıqlama ilə çıxış edib: “Çikaqoda, eləcə də ölkə miqyasında son vaxtlar müsəlmanlara qarşı hücumlarda artım qeydə alınıb. Bu həmin insanların İslam haqqında məlumatsız olmalarından və ya düzgün olmayan məlumata malik olmalarından qaynaqlanır. Beləliklə, amerikalılara İslamın əsl təlimlərini əsas mənbəyindən - Qurandan öyrənmək imkanı təqdim etmək istəyirik".

 

"İslamı mənbədən öyrənin" başlığı ilə başlayan aksiyanın məqsədi, amerikalıları İslam dinini mənbəyindən - Qurandan öyrənməyə, etibarsız mənbələrdən, sosial şəbəkə və ya saxta xəbərlərdən öyrənməməyə çağırış edilib.

 

Gain Peace Project bunun üçün pulsuz telefon xidmətini (800-662-4752) istifadəyə verərək, ingilis və ya ispan dilində Quranların pulsuz surətini istənilən şəxslərə təqdim edəcəkdir. Xəbər dəyərlər saytına istinad edilir.