Monday 19 May 2025

14 August 2023

Məşhur boksçu Vassiliy Jirov İslam dinini qəbul etdi

Məşhur boksçu Vassiliy Jirov İslam dinini qəbul etdi


Qazaxıstanın ilk olimpiya çempionu, Val Barker kubokunun sahibi, İBF üzrə keçmiş dünya çempionu Vassiliy Jirov müsəlman olub.

 

İslam saytına istinadən dəyərlər saytı xəbər verir ki, Facebook-dakı "Pro Boks" səhifəsində yerləşdirilən xəbərdə belə qeyd olunub: "Müstəqil Qazaxıstanın ilk olimpiya çempionu, Val Barker kubokunun sahibi, İBF üzrə keçmiş dünya çempionu Vassiliy Jirov bu gün "Nur-Astana" məscidində İslam dinini qəbul edərək, müsəlman olub".

 

Qazaxıstanda məşhur boksçunun müsəlman olması üç dəfə dünya çempionu olan Məhəmməd Əlinin müsəlman olmasına bənzədilib.