Məşhəd şəhərindəki İmam Rzanın hərəmində alimlər və tələbələrin iştirakı ilə etikaf mərasimi təşkil olunub.
Astan News-a istinadən dəyərlər saytı xəbər verir ki, etikaf mütəhhər hərəmin Gövhərşah məscidində keçirilib. Allaha dua etmək və tövbə diləyərək, etikaf saxlayanlar onlar üçün yaradılan bu fürsətdən maksimum faydalanmağa çalışıblar.