Hər il olduğu kimi, bu il də, çoxsaylı müsəlmanların yaşadığı Almaniyada Ramazan ayında məscidlərdə müxtəlif mərasim və tədbirlər keçirilir. Allah-təalanın Ziyafət ayı olan rəhmət dolu bu ayda xüsusi olaraq Berlində yerləşən Həzrət İmam Sadiq (ə) məscidlərindəki izdiham dolu ehtişamlı məclisləri qeyd etmək olar.
Dəyərli ruhani alim Höccətül-islam vəl müslimin Hacı Fəllah Nicatın Ramazan ayının fəlsəfəsi və fərdi-ictimai həyatda təsirindən söhbət açdığı bu məclislərin birində, necə də gözəl mənəvi ab-hava möcud olduğuna şahid olduq. Ustad, oruc tutmağın əsl hədəfinin İlahi bəndəliyə nail olmaq olduğuna işarə edib, bunun mənəvi təsirlərinin həyatımızda görülməsinin zəruriliyinə təkid etdi. Ruhi paklıq və əxlaqi səciyyələrə yiyələnmək üçün bu mübarək ayın gözəl bir fürsət olmasını şərh etdi. “Müsəlman, islamı və Allah sevgisini tanıtmaq üçün əməlləri ilə ülgü olmalıdır”-deyə vurğulayan Höccətül-islam vəl müslimin Hacı Fəllah Nicat, Əhli-Beytin (ə) ilahi maarifini insanlara təkcə dilimizlə deyil, bəyənilmiş əxlaqımızla çatdırılmasının zəruriliyini qeyd etdi.
Məclis ibadət və dua mərasimləri davam etdi. Sonda iftar süfrəsi açıldı. Allah qəbul etsin!