Monday 19 May 2025

14 August 2023

Britaniyada məscidlərin mühafizəsi gücləndirilir

Britaniyada məscidlərin mühafizəsi gücləndirilir


Britaniyanın baş naziri Tereza Mey ölkədəki məscidlərin mühafizəçilərinin sayının artırılması haqda qərar qəbul edib.

“Report”a istinadən islamaz saytı xəbər verir ki, bu haqda o, iyunun 19-da iqamətgahının qarşısındakı çıxışında bildirib.

Baş nazir məscidlərin mühafizəsini gücləndirmək məqsədi ilə əlavə polis dəstələri göndərilməsi haqda qərar qəbul etdiyini bildirib.

Xatırladaq ki, iyunun 18-də Londonun şimal-şərqində 48 yaşlı Britaniya krallığı təbəəsinin furqonu axşam namazından sonra məsciddən çıxanların üzərinə sürməsi nəticəsində bir nəfər ölüb, 10-dan çox insan xəsarət alıb.