Monday 19 May 2025

14 August 2023

Müqəddəs Ramazan ayı münasibətilə rəsmi İftar süfrsi açılıb

Müqəddəs Ramazan ayı münasibətilə rəsmi İftar süfrsi açılıb


Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb. Azərbaycan Respublikasının Prezidenti də iftar mərasimində iştirak edib.

İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.

Mərasimdə Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete çıxış ediblər.

Dövlət başçısı mərasimdəki çıxıçda bildirib ki, Azərbaycan dövləti çox möhkəm milli dəyərlər üzərində qurulub: “İslam dəyərləri isə milli dəyərlərimizin ayrılmaz tərkib hissəsidir. Yəni, bizim çox möhkəm təməlimiz var. Bu dəyərlər bizim üçün hər şeydən üstündür.”

Sonra iftar süfrəsi açılıb.