Böyük Britaniyanın paytaxtı Londondakı Finsberi Park məscidində namazdan çıxan müsəlmanlara qarşı həyata keçirilən hücumdan sonra, təcavüzkarın kütlə tərəfindən döyülməsinə məscidin imamı mane olub.
Xarici mətbuata istinadən dəyərlər saytı xəbər verir ki, 1 nəfərin həlak olduğu və 10 nəfərin yaralandığı hücumla əlaqədar olaraq Press Association-a danışan 28 yaşlı hadisə şahidi Hüseyn Əli belə deyib: "Məscidin imamı ona kimsənin əl vurmamasını söylədi və onu qorudu".
Böyük Britaniyanın mətbuatı tərəfindən qəhrəman imam kimi adlandırılan İmam Məhəmməd Mahmud isə verdiyi açıqlamasında, təkbaşına hərəkət etmədiyini bildirib: "Başqa səbirli olan və insanları sakitləşdirməyə çalışan qardaşlarım da var idi. Bir qəzəb dalğası olmasının qarşısını almağa çalışdıq".
Təcavüzkarın "məni öldürün" şəklindəki sözlərindən qorxduğunu deyən İmam Məhəmməd Mahmud belə danışıb: "Bəlkə də bu cəmiyyəti bu gözəl şəhəri parçalamaq və müsəlman cəmiyyətini şeytan kimi göstərmək istədiklərinin bir sübutudur".