Monday 19 May 2025

14 August 2023

Britaniyanın Tessayd məscidində qeyri-müsəlmanlar üçün iftar təşkil olundu

Britaniyanın Tessayd məscidində qeyri-müsəlmanlar üçün iftar təşkil olundu


Böyük Britaniyanın şimal-şərqindəki Tessayd bölgəsinin məscidi iyunun 17-də mübarək Ramazan ayını tanıtmaq məqsədilə qapılarını qeyri-müsəlmanlara açaraq, iftar süfrəsi təşkil edib.

Müxtəlif dinlərdən olan insanlar məscidin içini görmək və İslam dini ilə tanış olmaq üçün iftar mərasimində iştirak edib. Xəbəri dəyərlər saytı işıqlandırıb.

 

Tessayd məscidinin direktoru Şakil Hüseyn tədbirlə bağlı açıqlamasında belə deyib: "Bu tədbirdə məqsədimiz yalnız İslam haqqında pis düşünən insanların dəvət edilməsi idi. Amma tədbirin sonunda sualları cavablandırılmış şəkildə məscidi tərk etdilər. Bəzi qeyri-müsəlmanlar qərəzli, bəziləri isə açıq fikirli idi. Tədbirdə iştirak edərək, İslam haqqındakı suallarını soruşdular.

 

Məscidin tikintisi yardımların yığılmasının uzun bir vaxta yığılması səbəbilə uzandı. Müsəlmanların yardımları yalnız bu məscidin inşası ilə məhdud deyil. Onlar hər il mübarək Ramazan ayında müxtəlif dinin davamçıları üçün iftar mərasimləri də təşki edir.

Qeyd edək ki, 2500 nəfərin eyni vaxta namaz qıla biləcəyi Tessayd məscidi bölgədə ən böyük məscidlərdən biridir. Tikintisi 12 il çəkib. Tikinti xərci 2.2 milyon funt təşkil edib.