Monday 19 May 2025

14 August 2023

Danimarkada İslam dini gül dəstələrilə çatdırılır

Danimarkada İslam dini gül dəstələrilə çatdırılır


Danimarka İslam Cəmiyyətinin (DİC) gənclər təşkilatları bələdiyyə meydanında ətrafına maket minarələr qoyulan çadırda "Mən müsəlmanam" tədbiri keçirib.

 

Mətbuatda əks olunmuş İslam və Müsəlmanlara qarşı mənfi obraz düşüncələrini qırmağa çalışan gənclər, təxminən 2 saat gül paylayaraq, danimarkalılara İslam dini və müsəlmanlardan danışıblar. Bu haqda dəyərlər saytı yazıb.

 

Gənclər tədbiri xüsusilə Ramazanda etdiklərini və bu ayın müsəlmanlar üçün əhəmiyyətini danimarkalılara izah etməyə çalışdıqlarını söyləyib. Gənc könüllülərə vətəndaşlar və turistlər isə müsbət reaksiya veriblər.

 

DİC son 6 ildir ki, İslam və müsəlmanları danimarkalılara tanıtmaq üçün müxtəlif tədbirlər həyata keçirir.