İlahi ziyafəti olan əzəmətli Ramazan ayının Əhya gecələri Kzlyar şəhərinin İmam Hüseyn (ə) məscidində əzəmətli şəkildə qeyd edilmişdir.
Keniş izdihamla müşayət olunan məclisdə tanınmış ruhani Kərbəlayi Ruhid Qüdrətli çıxış etmişdir. O, mübarək gecələrin əzəməti haqda söhbət açmış, Ramazan ayının mənəvi yüksəliş üçün böyük fürsət olduğunu vurğulamışdır.
Mərasimdə Qədr gecələrinə aid xüsusi dualar oxunmuş, ibadətlər edilmişdir. Allah qəbul etsin.