Rəhmət və mərhəmət ayı olan Mübarək Ramazan ayının əzəmətli Qədr gecələri münasibətilə Dağıstanın B. Bredxin məntəqəsində geniş əhya mərasimləri keçirilib. Öz əzəməti ilə seçilən mərasimlərdə, məntəqənin dəyərli ruhanisi Hacı Vəfadar çıxış edib. O, Ramazan ayının fəzilərlərindən, Qədr gecələrinin əhəmiyyətindən söhbət açıb.
Mərasim Əhli-beyt (ə) məddahlarının çıxışı, əhya gecələrinə məxsus dua və ibadətlərlə yadda qalıb, ehsanlar edilib. Allah qəbul etsin.