Məşhəddəki İmam Rzanın (ə) hərəmində Qədr gecəsi və Həzrət İmam Əlinin (ə) müsibətli şəhadətinin ildönümü münasibətilə əza mərasimləri keçirilib.
Astan News-a istinadən dəyərlər saytı xəbər verir ki, Əhli-Beyt (ə) sevdalıları Ramazan ayının 21-ci gecəsində keçirilən mərasimlərdə iştirak etmək üçün İmam Rzanın (ə) hərəminə axışıblar. Mərasimdə bu gecəyə xas əzadarlıq mərasimləri keçirilib, hamı birlikdə Qurani-Kərim və Cövşən Kəbir duasını oxuyub, Allah Təaladan əfv və bağışlanma diləyiblər.