Kərbəlada İmam Hüseynin (ə) hərəmində Əhya gecəsi və İmam Əlinin (ə) müsibətli şəhadəti münasibətilə məclislər keçirilib.
İmamhussain saytına istinadən dəyərlər saytı xəbər verir ki, hərəmdə bu gecəyə xas əməllər edilib, birlikdə Qurani-Kərim və Cövşən Kəbir duası oxunub, müsəlmanlar Allah Təaladan əfv və bağışlanma diləyiblər.
İnsanlar bu gecənin şəhidi Həzrət Əli İbni Əbu Talibi (ə) də oxunan rozə və mərsiyələrlə yad ediblər, göz yaşı axıdıblar.