Monday 19 May 2025

14 August 2023

3 nəfər dağıstanlı zəvvar velosipedlə həccə yola düşdü

3 nəfər dağıstanlı zəvvar velosipedlə həccə yola düşdü


"Mərva-Tur" həcc şirkəti 3 nəfər dağıstanlı zəvvarın velosipedlə həcc ziyarətinə yola düşdüyünü bildirilib.

 

İslam saytına istinadən dəyərlər saytı xəbər verir ki, zəvvarlar təxminən 1500 km qət etdikdən sonra, əvvəlcə İranın Qəzvin şəhərinə gəliblər. Onlar Dağıstanı 2017-ci ilin mayın 30-da tərk ediblər. Paxruddin Yaqubov, Ənvər Aydəmirov və İslam Murtuzəliyevin növbəti dayanacağı isə İranın Qum şəhəri olacaq. Onlar buradan bərə ilə Fars Körfəzindən Birləşmiş Ərəb Əmirliklərinə və oradan da yenidən velosipedlə Mədinəyə qədər gedəcəklər. BƏƏ-dən Mədinəyə qədər olan məsafə 1600 kilometr təşkil edir.

 

"Mərva-Tur" şirkətindən bildirilib ki, dağıstanlı 3 zəvvarın həccə velosipedlə getmək arzusu olub.