Əsgəreyn İmamlarının (ə) hərəmlərinin yeni giriş qapısının təqdimatı olub.
Tasnim xəbər agentliyinə istinadən maidə saytı xəbər verir ki, Əsgəreyn İmamlarının (ə) hərəmlərində İmama Zamanın (a.f) sərdabəsinin giriş qapısı İranın Lorestan əyalətində hazırlanıb.
Qapıların hazırlanmasına 2015-ci ildən başlanılıb. Qapının hazırlanması üçün 2 kiloqram xalis qızıl və 700 kiloqram mis işlənilib.
Qapı Ramazan ayından sonra sərdabəyə quraşdırılmaq üçün Samirraya göndəriləcək.