Braziliyada oruc tutan müsəlmanlar San Paulodakı Mesquita Braziliya məscidindəki Ramazan ayı ilə bağlı keçirilən mərasimlərdə fəal iştirak edirlər.
Braziliyalı müsəlmanlar iftardan əvvəl məscidə gələrək, burada camaat namazlarında fəal iştirak edir, Quran oxuyur, dualar edirlər.
Qeyd edək ki, Braziliyanın San Paulo şəhərində yerləşən bu məscid Cənubi Amerikada təxminən 90 il əvvəl inşa edilmiş ən qədim məscid sayılır. Xəbər dəyərlər saytına istinad edilir.