Monday 19 May 2025

14 August 2023

Romada müsəlman miqrantlar böyük bir iftar süfrəsi açdı

Romada müsəlman miqrantlar böyük bir iftar süfrəsi açdı


İtaliyanın paytaxtı Romada miqrantlar Ramazan ayı münasibətilə iftar tədbiri təşkil ediblər.

 

İllərdir bir ənənə şəklini almış bu iftar tədbiri paytaxt Romanın Torpiqnattara küçəsində təşkil olunub.

 

Küçədə təşkil olunmuş camaat namazından sonra, açıq havada böyük bir iftar süfrəsi açılıb. Müsəlmanların əksəriyyəti Banqladeş əsilli miqrantlar olub.

 

Dəyərlər saytı yazır ki, Roma polisi iftar verilən küçədə təhlükəsizliyi təmin edib.