Müqəddəs Qurani-Kərimin Ramazan ayında nazil olması bu mübarək aya xüsusi bir bərəkət verib. İnsanlar bu mübarək aydan daha çox bəhrə aparmaq üçün Qurani-Kərimlə ünsiyyətlərini yeniləyirlər.
Astan News-a istinadən dəyərlər saytı xəbər verir ki, Məşhəd şəhərindəki İmam Rzanın (ə) pak hərəmində Quranın tərtillə oxunması mərasimi davam etdirilir. Müqəddəs Rəzəvi məscidinin İslam inqilabi meydanında keçirilən Quran məclisində yüzlərlə insan iştirak edib.