Monday 19 May 2025

14 August 2023

Kərbəlada İmam Həsənin (ə) mövludu münsibətilə festival keçiriləcək

Kərbəlada İmam Həsənin (ə) mövludu münsibətilə festival keçiriləcək


Kərbəlada Ramazanın 14-dən 3 gün müddətinə “İmam Həsən Müctəba (ə)” adlı festival keçiriləcək. 

 

İmam Həsən Müctəbanın (ə) mövlud günü münasibətilə “İmam Həsən Müctəba (ə); Sülhün hikməti və İslamın izzəti” adı ilə keçirilən festivalda müxtəlif proqramlar təşkil olunacaq. 

 

Festival çərçivəsində Quran tilavəti, rəsim sərgisi, İraq xalq könüllülərinin şəhidlərinin foto sərgisi, İmam Həsən Müctəbanın (ə) şənində şeir və təvaşihlərin təqdimi, İmamın həyatı ilə bağlı seminar və müxtəlif növ hədiyyələrin təqdimi və bu kimi proqramlar həyata keçiriləcək. Bu haqda maidə saytı yazıb.