İmam Xomeyninin(rə) vəfatının ildönümü günü münasibətilə Bakıda konfrans keçirilib. Bakıda İmam Xomeyninin vəfatının (r.ə) 28-ci ildönümü münasibəti ilə keçirilən “İmam Xomeyninin (r.ə) baxışında müasir dünyada İslamofobiya” adlı konfransda çox sayda siyasi, mədəni və elmi şəxsiyyətlər, dövlət nümayəndələri, din xadimləri, ilahiyyatçılar, partiya rəhbərləri, şairlər və media nümayəndələri iştirak edib.
İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzində təşkil olunan konfransda çıxış edənlər Peyğəmbərin dini həqiqi İslamı dirçəltməkdə İmam Xomeyinin təyin edici və özünə məxsus rolu haqqında danışıblar.
Konfransda çıxış edən Xəzər Universitetinin Fəlsəfə və Sosiologiya Kafedrasının müdiri Mail Yaqub bildirib ki, imam Xomeyni (r.ə) adı öz ideyaları ilə ümummüsəlman şəxsiyyətə çevrilib. “Bəzi məsələlər zahirən sadə görünə bilər, lakin çox dərin məsələdir. Bəzən deyə bilərik ki, hamımız birik, müsəlmanlar arasında vəhdət olsun, amma müsəlmanların düşmənləri məhz bu nöqtədən bizi vurur. Müasir dünyamızda imam Xomeyninin (r.ə) vəhdət çağırışı hər zamandan daha çox aktualdır. Çünki bütün müsəlmanların birincidərəcəli düşməni Amerika bu gün hər zamandan daha çox yıxıcı xüsusiyyətə malikdir və daha çox hiylə işlətmək bacarığına malik olub.”
M.Yaqub əlavə edib ki,imam Xomeyni (r.ə) islahatçı idi. “İmam Xomeyni (r.ə) bildirir ki, müsəlmanlar qardaşdır, xırda məsələləri qoyun qırağa, bir-birinizi qırmayın, bir-birinizlə qardaş olun, çünki düşmənlər üçün hansı məzhəbdən olmağın fərqi yoxdu. Onlar üçün İslam önəmlidir. İmam Xomeyninin bu məsələdə xüsusi xidməti var. Mənə elə gəlir ki, bütün dünya müsəlmanları buna görə İmam Xomeyniyə təşəkkür etməlidir.”
İranın Azərbaycandkı səfiri Cavad Cahangirzadə də öz növbəsində İmam Xomeyninin (r.ə) vəhdətə verdiyi önəmdən danışıb və bildirib ki, bu gün İslam ölkərində vəhdətə hər şeydən çox ehtiyac var. Bizi vəhdətə yaxınlaşdıran hər bir çalışma İslam həmrəylini və birliyinə yönəldən hər bir addım doğru yoldur və biz bunu alqışlamalıyıq. İslam ümməti və ölkələrinin vəhdətə çatmasına mane olan şeyləri birlikdə, gücləri birləşdirməklə mübarizə aparmaq lazımdır. Bu gün İslam ölkərindən yaxşı təsvir görmürük. Bəzi ölkələrinin adı İslam ölkəsidir, amma qonşu ölkələrinə hücum edir, torpağını işğal edir, xalqını öldürür. Bu, yaxşı hal deyil. İmam Xomeyni (r.ə) həmişə iki məsələyə təkid edirdi. Bir “vəhdəti-kəlmə”, bir də “kəlmeye-vəhdət” və bunların önəmini vurğulayırdı. “Kəlmeyi-vəhdət”, yəni din, “vəhdəti-kəlmə” isə, yəni birlik.”
Qeyd edək ki, 2017-ci il İyunun ayının 4-də İmam Xomeyninin (r.ə) vəfatının 28-ci ildönümü günüdür. 28 il bundan öncə vəfat etmiş İslam dünyasında ən nüfuzlu alimlərdən olan imam Xomeyninin (r.ə) dəfn mərasimi Ginnesin Rekordlar Kitabına düşüb. Buna səbəb dəfn mərasimində o vaxt fantastik sayda insanın iştirak etməsidir.