Monday 19 May 2025

14 August 2023

Türkiyənin İraqdakı səfiri İmam Əlinin (ə) hərəmini ziyarət etdi

Türkiyənin İraqdakı səfiri İmam Əlinin (ə) hərəmini ziyarət etdi


Türkiyənin İraqdakı səfiri Fatih Yıldız Nəcəfül Əşrəfdə İmam Əlinin (ə) mütəhhər hərəmini ziyarət edib.

İmamali saytına istinadən dəyərlər saytı xəbər verir ki, Fatih Yıldız bu il ərzində ikinci dəfə bu müqqəddəs məkanda olmaqdan şərəf duyduğunu açıqlayıb. Hərəmin ictimaiyyətlə əlaqələr idarəsinin işçiləri tərəfindən qəbul edilən səfir, İmam Əlinin (ə) mütəhhər hərəmində görülən yenidənqurma işlərindən heyranlığını gizlətməyib.