Böyük Britaniyanın İndependent qəzeti bu gün dünyada baş verən terror hadisələrinin 82-97%-nin müsəlmanlara qarşı təşkil olunduğunu deyib.
PressTV-yə istinadən xəbər verir ki, qəzet ABŞ-ın Terrorla Mübarizə Milli Mərkəzinin bəyanatlarına əsaslanaraq, belə bir xəbər hazırlayıb. Xəbərdə, "İŞİD və digər terror təşkilatları görəsən daha nə qədər müsəlman öldürülməlidir ki, dünya İslamın terrorizmlə heç bir əlaqəsinin olmadığını dərk edə bilsin?", - sualı ünvanlanıb.
Kabil, Bağdad və Britaniyanın Mançester şəhərindəki son terror hadisələrinə toxunan İndependent, niyə heç kim Əfqanıstan və İraqda İŞİD terrorunun qurbanları üçün bir dəqiqəlik belə sükut elan etmədiyini soruşub: "Müsəlmanların böyük əksəriyyəti bu gün İŞİD-i qınamaları ilə yanaşı, hətta ona qarşı mübarizəyə də başlayıblar. Amma təəssüf ki, bütün bunlara baxmayaraq, müsəlmanlar hələ də terrorizmdə ittiham olunurlar".
İndependent, həmçinin Böyük Britaniyanın ana müxalifəti sayılan Leyboristlərin sədri Korbinin, terrorizmin Qərbin digər ölkələrə hərbi müdaxiləsindən sonra ortaya çıxdığını bildirməsinə də toxunub. Qəzet Britaniya əhalisinin son terror hadisələrini də nəzərə almaqla indiyə qədər terrorizmlə mübarizə metodunun heç bir nəticə vermədiyini yüksək səslə hayqırmalı olduğunu və 8 iyun seçkilərində bu həqiqəti nəzərə almalarının lazım olduğunu bildirib. Xəbəri dəyərlər saytı yazıb.