Türkiyədə Məhəmməd (s) peyğəmbərin uşaqlıq dövrünü əks etdirən "Məhəmməd (s) - Allahın Elçisi" filmi ilk dəfə telviziyada nümayiş olunacaq.
"Məhəmməd (s) - Allahın Elçisi" filmi 6 iyun tarixində Türkiyənin ATV televiziyasında yerli vaxtla saat 20:45-də ekrana veriləcək. Bu barədə ATV televiziyasının internet səhifəsində qeyd olunub. Ölkəmizdə də bu televiziya kanalının yayımı olduğu üçün Azərbaycan xalqı da bu filmə Bakı vaxtı ilə 21:45-də baxa biləcək.
"Məhəmməd (s) - Allahın Elçisi" filmi Türkiyədə ilk dəfə 2016-cı ilin oktyabrın 28-də 300-dən artıq kinoteatrda nümayiş olunmuşdur.
Ssenarisini M.Məcidi ilə Kambuzia Partovinin yazdığı film, Həzrət Muhəmmədin (s) dünyaya gəlişindən 12 yaşına qədərki həyatını və həmin illərdə cərəyan edən hadisələri, fərqli bir dünyagörüşü ilə nümayiş etdirir.
Ümumilikdə 30 milyon dollar xərclənən və 2015-ci ildə tamamlanan filmdə rolları Sara Bayat, Mohsin Tanabandeh, Rəna Azadivar, Əli Rza Şoja Nuri və Mina Sadati oynayıblar.