Tehranda keçirilən 25-ci Beynəlxalq Quran Sərgisində akril pəncərə və ya polimetil metakrilat ilə yazılan Quranın böyük bir nüsxəsi nümayiş olunur.
İQNA-ya istinadən xəbər verir ki, Quranın 40 səhifəsində ayələrin akril şüşəylə yazıldığı 6 millimetrlik fanerdən hazırlanmışdır.
İsfahanın Mərkəzi Həbsxanasında təxminən 40 məhbus tərəfindən hazırlanan əsər, 1400 kiloqram ağırlığındadır.
Sənət əsərlərinin yaradıcıları, sərginin sonunda müqəddəs Məşhəd şəhərindəki İmam Rzanın (ə) hərəminə hədiyyə etməyi planlaşdırır.
25-ci Tehran Beynəlxalq Quran Sərgisi mayın 29-da İmam Xomeyni musallasında başlayıb və 16 iyuna qədər davam edəcək. Dəyərlər saytı bu haqda yazıb.