Hindistanlı bir müsəlman qızılı səhifəli 500 illik Qurani-Kərimə malikdir və o, Ramazan ayı boyunca bu Quranı oxuyur.
Aboutislam saytına istinadən dəyərlər saytı xəbər verir ki, bankda işləyən 31 yaşlı Hindistan əsilli Məhəmməd Haris Malayziyada yaşayır. "Beş ildir ki, bu Qurana sahibəm və ailəmə xoşbəxtlik gətirdi. Qızıl bəzəkli Quran 28 hissəli nadir bir əsərdir. Hər hissəsində 19-20 səhifə olan Quran Osmanlı xətti ilə yazılmışdır. Bu hissələr 14 qızıl sandıqda qorunur. Bu 14 qutudan biri mənə aiddir. Digər 13 qutu həyat yoldaşımın qardaşı İsmayıl Kazımdadır".
2009-cu ilin noyabrında Malayziyanın sabiq baş naziri Mahatir Məhəmmədin bu Quranı təsdiqlədiyini bildirib.
Hər nə qədər bu Quranın həqiqi dəyəri müəyyənləşməsə də, bu qızıl əlyazma kolleksiyasının dəyəri 59 milyon dollar olaraq qiymətləndirilib.