Monday 19 May 2025

14 August 2023

Efiopiyada insanlar 40-50 dərəcə isti havada oruc tuturlar

Efiopiyada insanlar 40-50 dərəcə isti havada oruc tuturlar


Efiopiyanın Afar əyalətində yaşayan Ayrulafa qəbiləsinin sakinləri bütün günü qızmar istinin altında tutduqları oruclarının iftarlarını yalnız qatıq və çörəklə açırlar.

 

Yenisafak-a istinadən dəyərlər saytı xəbər verir ki, quraqlığın hökm sürdüyü rayonda susuzluq və aclıqla mübarizə aparıan, 5-10 kvadratmetrlik daxma evlərdə yaşayışlarını davam etdirən qəbilə xalqı şükrlərinə davam edirlər.

 

Təxminən 200 evdən ibarət olan Ayrulafa qəbiləsinin imamı Həbib Məhəmməd Musa Ramazan ayını necə keçirdiklərini izah edir: "İftarda qatığa çörək batırıb yeyirik. Bəzən dəvə süd də içirik, amma dəvələr hazırda burada deyil. Dəvə südü ilə çörək yemirik".

 

Obaşdana da gündüz sağdıqları və soyuması üçün saxlandıqları südü içdiklərini deyən Musa, obaşdandan sonra, yatmayıb səhər namazına qədər oyaq qaldıqlarını söyləyib.

 

Musa havasının temperaturunun 40-50 dərəcə olan Afarda Ramazan ayının çox çətin keçdiyini, istilər səbəbi ilə uşaqlarını səhər sübh saatlarda heyvanları otarmağa göndərdiklərini qeyd edib. O, mövcud vəziyyətin hər ailədə fərqli olduğunu bildirib: "Uşaqları olanlar istirahət edə bilir, ancaq uşaqları olmayanlar dağlara çıxaraq heyvanları otarmağa məcburdur. Adətən axşam saat 17:30-a kimi qayıdırlar".

Əhalisinin böyük əksəriyyəti müsəlman olan Afar bölgəsi Eritreya və Cibuti ərazisində yerləşir.