Mübarək Ramazan ayının ilk günündə Ayətullahül-üzma Seyid Əli Xameneinin iştirakı ilə Quran-Kərim ilə üns məclisi keçirilib.
Quran radiosu tərəfindən canlı olaraq yayımlanan bu mərasimdə Quran qariləri, hafizlər və Quran müəllimləri iştirak ediblər. Mərasimdə xor qrupu tərəfindən Quran-Kərimdən ayələr və mədhiyələr oxunub.