Monday 19 May 2025

14 August 2023

30 min turist İstanbulun Sultanəhməd meydanında iftar açdı

30 min turist İstanbulun Sultanəhməd meydanında iftar açdı


Yeni Şəfəqin xəbərinə görə, on bir ayın sultanı olan Ramazan ayının ab-havası İstanbulun hər tərəfini bürüyüb.

 

Hər məhəlləsində, hər küçəsində iftar süfrələri qurulan şəhərdə, dünyanın müxtəlif ölkələrindən gəlmiş 30 min turist, Sultanəhməd meydanında iftar açıb. Fatih bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən iftar proqramında, minlərlə insan bir neçə saat əvvəl Sultanəhməd meydanına gələrək hazırlanan masalara və çəmənliklərin üstündə oturaraq iftar vaxtını gözləyiblər. Bələdiyyə işçilərinin hazırlanan iftarları vətəndaşlara paylanmasından sonra ənənəvi olaraq, toplardan atəş açılıb və azanla birlikdə minlərlə insan iftar ediblər. Xəbər dəyərlər saytına istinad edilir.