Monday 19 May 2025

14 August 2023

İmam Rzanın (ə) məscidində hər gün 170 min insana iftar veriləcək

İmam Rzanın (ə) məscidində hər gün 170 min insana iftar veriləcək


 

Müqəddəs Rəzəvi ostanının ziyarətçi işləri və müqəddəs məkanları üzrə idarəsinin sədr müavini Seyid Xəlil Münəbbəti mübarək Ramazan ayı ərzində hər gün orta hesabla 170 min nəfərə müqəddəs Rəzəvi məscidində və Məşhəd şəhərinin ətraflarında iftar yeməyi ikram edəcəklərini açıqlayıb.

 

Asdan News-a istinadən xəbər verilir ki, Seyid Xəlil Münəbbəti açıqlamasında belə deyib: "Ayətullahul-üzma Seyid Əli Xameneinin 7 maddəlik bəyannaməsini həyata keçirmək və müqəddəs Rəzəvi məscidi himayədarlarının tapşırığını yerinə yetirmək üçün müstəzəflərə qayğı göstərmək bu mənəvi qurumun proqramları arasında prioritet yer tutur. Aparılan planlaşdırmalara görə, gündə 40 minə qədər İmam Rza (ə) ilə təbərrük iftar süfrəsinə dəvətlərə Məşhəd şəhərinin müxtəlif yerlərində və digər yerlərdə paylanılır. Mübarək Ramazan ayı ərzində hər gün müqəddəs Rəzəvi məscidində camaat namazında iştirak edən xalqın arasında da 100 min təbərrük iftar paketi paylanılır".

Münəbbəti mübarək Ramazan ayının sonuna qədər bu cür zəvvarlarla yanaşı, Məşhəd şəhərinin ətraf bölgələrində yaşayan insanların arasında 1.2 milyon pay yemək paylanılacağını qeyd edib. O, bundan başqa müqəddəs Rəzəvi kompleksinin ətrafında da hər gün 30 min pay iftar yeməyi qədim və yeni binalarda ziyarətçilərin və yaşayış sakinlərinin arasında paylanılacağını qeyd edib.

 

Müənəbbəti mübarək Ramazan ayının sonuna qədər 900 min ziyarətçi və ətrafdakı sakinləri də bu ziyafət proqramı çərçivəsində İmam Rzanın (ə) süfrəsinə qonaq olacağını bildirib. O, əlçatmaz bölgələrdə iftar ziyafəti dəvətnamələrinin paylanılması məsələsində də hər gün müqəddəs Rəzəvi məscidinin bəzi xidmətçilərinin şəxsən vətəndaşların evlərinə gedəcəyini və dəvətnamələri təqdim edəcəklərini qeyd edib. Xəbəri dəyərlər saytı yazıb.