Monday 19 May 2025

14 August 2023

Gürcüstanın müxtəlif şəhər və qəsəbələrində Ramazan bannerləri quraşdırılıb

Gürcüstanın müxtəlif şəhər və qəsəbələrində Ramazan bannerləri quraşdırılıb


Hər il olduğu kimi bu il də Bütün Gürcüstan Müsəlmanları İdarəsi (BGMİ) tərəfindən şəhər və qəsəbələrin müxtəlif ərazilərində Ramazan bannerləri quraşdırılıb.

 

Bu barədə SalamNews-a açıqlama verən BGMİ-nin şeyxi Hacı Ramin İgidov bildirib ki, bu ənənə artıq 3 ildir ki, davam edir: "Gürcüstanın şəhər, rayon və kəndlərində, o cümlədən azərbaycanlıların sıx yaşadığı ərazilərdə yerli idarəetmə orqanları ilə birgə Ramzan bannerləri quraşdırılır. Eyni zamanda Xelvaçauri, Keda, Çalqa Şuaxevi, Kaxetinin rayon və kəndlərində o cümlədən Marneuli və Qardabanidə bannerlər quraşdırılıb. Yerli sakinlər və müsəlmanlar tərəfindən böyük rəğbətlə qarşılanan bu bannerlərdə Azərbaycan və gürcü dillərində "Ramazan ayınız mübarək" şüarı yazılıb. Hazırda da Gürcüstanın müxtəlif yerlərində bannerlərin quraşdırılması davam etdirilir".

 

Hacı Ramin İgidov Ramazan ayında tutulan bütün orucları Allah dərgahında qəbul olunmasını diləyib.