Dünyanın ən bahalı futbolçusu adını əlində saxlayan Mançester Yunaytedin ulduz oyunçusu Pol Poqba sosial şəbəkə vasitəsilə Ramazan ayının gəlişini təbrik edib.
Xarici mətbuata istinadən xəbər verilir ki, Yuventusdan 105 milyon avroya Mançester Yunaytedə transfer olaraq, "tarixin ən yüksək bonservisinə malik futbolçu" adını alan Poqba, İnstagram səhifəsindən Kəbədə çəkdirdiyi görüntüsünü paylaşıb.
Əslən Qvineyadan olan müsəlman futbolçu paylaşdığı video mesajda, "həyatımda gördüyüm ən gözəl yerdir" ifadəsini istifadə edib.
Bu mesajdan bir gün əvvəl isə, "Bu mövsüm üçün təşəkkür etməyə gedirəm. Tezliklə görüşərik Mançester" mesajını paylaşan 24 yaşlı mərkəz hücumçu, video mesajının altına "Ramazan ayının mübarək" mesajını paylaşıb.