Mübarək Ramazan ayının gəlişi ərəfəsində Nəcəfül Əşrəfdəki İmam Əlinin (ə) pak hərəmində təmizlik işlərinə start verilib.
İmamali saytına istinadən dəyərlər saytı xəbər verir ki, İmam Əlinin (ə) pak hərəmində başladılan təmizlik işləri çərçivəsində, İmam Həsən (ə) və İmam Hüseyn (ə) səhnləri şampunlu su ilə yuyulmuşdur. Səhnlərin yuyulması işlərində müqəddəs ziyarətgahın qəyyumu Seyid Nizar Haşim Həbl Əl-Mətin də iştirak edib. O, görülən təmizlik işlərinin müqəddəs Ramazan ayının gecələri və gündüzlərində hərəmdə təşkil olunacaq ibadət mərasimlərinə hazırlıq üçün edildiyini bildirib.