Cakarta Post qəzetinin bildirdiyinə görə, Cakarta İstiqlal məscidi mübarək Ramazan ayı ərzində bir ay Ramazan sərgisinin ev sahibi olacaq.
Sərgi 19 may tarixindən etibarən fəaliyyətlərinə başlayıb. Sərgidə Mübarək Ramazan bazarları, toplantılar tənzimlənməsi ilə, müxtəlif dini musiqilər, yarışlar və şənliklər icra olunacaq.
Məsciddə Ramazan ayı ərzində bazar ertəsindən cümə axşamı gününə qədər 3 min nəfərə, cümə günündən bazar gününə qədər 5 min nəfərə iftar yeməyi veriləcək.
Camaat namazının qılınması, indoneziyalı və beynəlxalq dərəcəli qarilər tərəfindən Quran tilavəti Cakartadakı Ramazan ayı sərgisinin proqramına daxil olan özəl tədbirlərdəndir. Xəbər dəyərlər saytına istinad edilir.