Naxçıvanda İmam Xomeynin (rə) irfani, əxlaqi və tərbiyəvi xüsusiyyətlərini araşdırmaq məqsədilə konfrans keçiriləcək.
İranın "İqna" saytına istinadən maidə saytı xəbər verir ki, Ayətullah Ruhullah Musəvi Xomeyninin (rəh) vəfatının 28-ci ildönümü münasibəti ilə keçirilən kofrans may ayının 25-də Naxçıvanın Təbriz hotelində təşkil olunacaq.
Konfransda iranlı və naxçıvanlı elm adamlarının konfrans mövzusu ilə bağlı müxtəlif məqalələri müzakirəyə çıxarılacaq. Həmçinin konfrans çərçivəsində naxçıvanlı rəssam Eldar Zeynalovun İmam Xomeynidən (rəh) çəkdiyi rəsm əsərinin təqdimatı olacaq.
Konfrans İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Mədəniyyət Mərkəzi və Naxçıvan Elmlər Akademiyası, Naxçıvan Dövlət Universiteti və bir sıra İran universitetlərinin birgə əməkdaşlığı ilə təşkil olunub.
Qeyd edək ki, 2017-ci il iyunun ayının 4-də İmam Xomeyninin (rəh) vəfatının 28-ci ildönümü günüdür.
28 il bundan öncə vəfat etmiş İslam dünyasında ən nüfuzlu alimlərdən olan İmam Xomeyninin (rəh) dəfn mərasimi Ginnesin Rekordlar Kitabına düşüb. Buna səbəb dəfn mərasimində o vaxt fantastik sayda insanın iştirak etməsidir.
1989-cu il 4 iyun tarixində Ayətullah Ruhullah Musəvinin Tehran şəhərindəki dəfn mərasimində ölkə əhalisinin 6/1-i hesab edilən 10 milyon 200 min insan iştirak edib. Elə bu səbəbdən nüfuzlu alimin dəfni "Ginnesin Rekordlar Kitabı"na daxil olub.