Monday 19 May 2025

14 August 2023

Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri tikilir

Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri tikilir


Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı sərəncamına uyğun olaraq aparılan tikinti işləri yekunlaşmaq üzrədir.

AzərTAc xəbər verir ki, qəsəbədə Şuşa məscidinin bənzəri də tikilməkdədir. 50 sot ərazidə inşa edilən məscidin tikinti sahəsi 556 kvadratmetr, minarələrin hündürlüyü 26 metrdir. Hazırda məscidin fasad hissəsinə aqlay vurulur, damında tamamlama işləri aparılır. Minbərlərin inşası da başa çatmaq üzrədir. Məscidin həyətində dəstəmazxana, yuat yeri və qazanxana da inşa edilir. Tikinti işlərinin iyun ayının əvvəllərində başa çatdırılması nəzərdə tutulur.